Ukraynada bir fransız şirkəti ilə 155 kaliberlik top mərmisi istehsal etmək mövzusunda razılığa gəldik.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Paris səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə görüşünün detallarını açıqlayarkən deyib.
O, Makron ilə görüşü zamanı müharibə gedən ərazidə vəziyyəti müzakirə etdiklərini bildirərək, Ukrayna Sülh Planı zirvə görüşündən söz açıb:
“Hər şeydən əvvəl dünya liderləri Ukrayna Sülh Planı zirvəsinə qatılmalıdır. Rusiya Federasiyasından qorxmamaq, birinci növbədə zirvəmizi dəstəkləmək lazımdır. Bu, ilk, amma müharibəni sona çatdırmağa yönəlmiş bir addımdır. Moskvanın zirvə görüşünə mane olmasına, alternativ məkanlar yaratmasına, imkan verməməliyik”.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir