Dünya mətbuatı İranda prezident seçkisinin mümkün ssenarilərini müzakirə etdiyi bir zamanda hələ təsdiqlənməmiş namizədlərdən birinin ətrafında baş verən qalmaqal diqqəti özünə yönəldib.
"Azad İran" "YouTube" kanalı mövzu ilə bağlı süjet hazırlayıb. Söhbət uzun illər ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyininin ofisində mühüm bir vəzifə - xüsusi işlər üzrə müavin postunu tutan Vəhid Həqqaniyandan (Sərdar Vəhid) gedir. Əslində İran siyasi mühitinin sirli və pərdəarxası fiqurlarından biri sayılan, Xameneyinin sağ əli, onun oğlu Müctəbanın yaxın adamı kimi tanınan bu şəxsin birdən-birə kölgədən çıxaraq ölkənin ikinci postuna iddia etməsi özü-özlüyündə gözlənilməz bir hadisə olub. Təsadüfi deyil ki, nüfuzlu İran saytlarından biri onun prezidentliyinə namizəd olmasını "şok olay" kimi dəyərləndirib.
Ətraflı süjetdə:
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir