Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko cinayət işi üzrə axtarışa verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir.
“Yuliya Vladimirovna Timoşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında deyilir.
Axtarışın hansı maddə ilə aparıldığı barədə məlumat verilmir.
Qeyd edək ki, Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, “Batkivşina” fraksiyasının lideridir. Həmçinin MDB məkanında ilk qadın baş nazirdir.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı