AFFA İntizam-komitəsi Azərbaycan II Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Hypers” – “Şəfa” matçında baş verən hadisələrə görə hər iki klubun cəzalarını açıqlayıb.
BUTA.TV assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.
“Şəfa” komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı