İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndindəki körpüdən Kür çayına düşən 3 nəfərin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, çayda batdığı ehtimal olunan şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarılır.
Bildirilib ki, Tovuz sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu,1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə intensiv şəkildə davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində maşında 4 nəfər olub. Onlardan biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı