Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Qərb mətbuatındakı karikaturalarına ironiya ilə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Prezidentə deyilib ki, Qərb mətbuatı onu ya qəddar, ya da canavar kimi təqdim edir.
“Elədir ki var. Qoy elə bilsinlər, düzgün çəkirlər, qorxsunlar”, - Putin cavab verib.
Rusiya lideri qeyd edib ki, Peskov bu şəkilləri ona göstərmir:
“Göstərmir. Görünür, əhvalımı qoruyur. Bilirəm ki, zaman-zaman ölkələr arasında, dövlətlər arasında münasibətlər gərginləşəndə adi insanı qorxutmağa çalışırlar. Burada heç bir yenilik yoxdur. Düzünü desəm, mənim bu təbliğatla məşğul olmağa, bu təbliğat materiallarına baxmağa vaxtım yoxdur”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı