Oğuz rayonunda qoyun otarmağa gedən kişinin meşəlik ərazidə meyiti tapılıb.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, rayonun Sincan kəndində dünyasını dəyişən 1973-cü il təvəllüdlü Anar Məmmədyarov bir müddət əvvəl ürəyindən əməliyyat keçirib.
Bildirilir ki, onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Anar Məmmədyarovun üzərində hər hansı zorakılıq əlamələtləri aşkar edilməyib.
Qeyd edək ki, iyunun 3-də, səhər saatlarında Anar Məmmədyarov qoyunları otarmaq üçün kənddən aralı meşəlik əraziyə gedib. Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri Anar Məmmədyarovu axtarmağa başlayıblar.
Lakin onu ərazidə vəfat etməsini aşkar ediblər.
Hazırda hüquq-mühafizə orqanlarında baş verən hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı