Xalq artisti Aygün Kazımovanın “Qarabağ” və “Zirə” arasında “Liv Bona Dea Arena”da keçirilən Azərbaycan kubokunun final oyunundan əvvəl konsert proqramı ilə çıxış etməsi hələ də müzakirə olunur.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, xalq artistinin stadiona nisbətən açıq geyimdə çıxmasının “Qarabağ”ın bəzi futbolçularında narahatlıq yaratdığı iddia edilir. Azarkeşlər bildirirlər ki, Ağdam klubunun futbolçularının əksəriyyəti dindar olduğu üçün qısa geyimdə meydana çıxmış müğənniyə baxmamağa çalışıblar. Kadrlarda Elvin Cəfərquliyev və Maksim Medvedyevin müğənninin yanından keçərkən üzlərini yana tutduqları görünür.
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüləri təqdim edirik:
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı