Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə sözügedən idarənin "Baş İdarə" statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin İnsan resursları idarəsi olaraq fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Rauf Məmmədəli oğlu Məhərrəmov təyin olunub. General Rauf Məhərrəmov BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Əldə etdiyimiz məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı