ABŞ Ukraynanın münaqişədə uduzacağı təqdirdə bəzi ölkələrin, o cümlədən Polşanın daha müstəqil siyasət yürütməyə başlayacağından ehtiyat edir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden “Taym” jurnalına müsahibəsində deyib. "Məsələ ondadır ki, əgər biz nə vaxtsa Ukraynanın uduzmağına imkan versək, onda mənim sözlərimi qeyd edin, siz Polşanın getdiyini görəcəksiniz. Siz Rusiyanın de-fakto sərhədi boyunca - Balkanlar və Belarusdan tutmuş bütün bu ölkələrin bir araya gəlib, daha çox müstəqil davranacağını görəcəksiniz”, - deyə Ağ Ev rəhbəri bildirib.
Bundan əlavə, Bayden iddia edib ki, ABŞ-ın qarşıdakı dörd il ərzində qəbul edəcəyi qərarlar uzun müddət üçün Avropanın gələcəyini müəyyən edəcək.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı