Nebraska-Lincoln və İllinoys Universitetinin alimlərinin apardıqlarlı araşdırma nəticəsində məlum olub ki, bir neçə qida beynin qocalmasının qarşısını almaqda effektlidir. Hazırkı araşdırma, sağlam beyin yaşlanmasını təşviq edə biləcək qida maddələrinin xüsusi profilini müəyyən edib. Bu, gələcək tədqiqatlar üçün də əlverşli nəticədir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, beynin qocalmasının qarşısını alan məhsullar sırasına balıq, kətan toxumu, çia toxumu, balqabaq və günəbaxan tumu, qozda rast gəlinən eikosapentaenoik turşusu və lipoik turşusu daxildir.
“Üç fərqli karotenoid, bir çox meyvə və tərəvəzə xarakterik rəng verən fitopiqmentlər, gecikmiş beyin yaşlanmasının qidalanma profilində əsas rol oynayır. Karotenoidlərlə zəngin qidalara ispanaq, kələm, qarğıdalı, bolqar bibəri (qırmızı, yaşıl və ya sarı), pomidor, qarpız, qreypfrut, qovun, brokoli və yerkökü daxildir”, - deyə alimlər vurğulayıb.
Bundan əlavə, E vitamini ilə zəngin qidaların qəbulu da məsləhət görülüb.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək