Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə “420” rəqəmləri “455” rəqəmləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu” üzrə:
2.1. 1-ci hissənin ikinci–yeddinci abzasları müvafiq olaraq 1.1–1.6-cı bəndlər hesab edilsin;
2.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı
2.1. Strateji planlaşdırma və monitorinq baş idarəsi
2.2. Qanunvericilik baş idarəsi
2.3. Notariat, qeydiyyat və reyestr baş idarəsi
2.4. İcra xidməti (baş idarə səlahiyyətli)
2.5. Probasiya xidməti (baş idarə səlahiyyətli)
2.6. Beynəlxalq əməkdaşlıq baş idarəsi
2.7. Bələdiyyələrlə iş baş idarəsi
2.8. Cəzaların icrasına nəzarət baş idarəsi
2.9. İstintaq idarəsi
2.10. İnsan resursları idarəsi
2.11. Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi
2.12. Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi
2.13. Maliyyə və təminat idarəsi
2.14. Mətbuat xidməti (idarə səlahiyyətli)”;
2.3. 3-cü hissə üzrə:
2.3.1. ikinci–yeddinci abzaslar müvafiq olaraq 3.1–3.6-cı bəndlər hesab edilsin;
2.3.2. 3.5-ci bənd ləğv edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli Əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi”ndə “Ədliyyə sahəsində xidmətlər” sözləri “Notariat, qeydiyyat və reyestr” sözləri ilə və “İcra baş idarəsinin” sözləri “İcra xidmətinin” sözləri ilə əvəz edilsin.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək