Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması önəmlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar Prezident İlham Əliyev tərəfindən qəbul zamanı bildirib.
Qonaq bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidvar olduğunu deyib.
Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazır vəziyyətdə olacağını məmnunluqla qeyd edib. Dövlət başçısı bu layihənin Naxçıvanın elektrik enerjisi istehsalı və təbii qazla təchizatı baxımından çox önəmli layihə olduğunu deyib.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək