Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Avro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
“Zavod 2023-cü ilin may ayında “Avro-5” standartlarına uyğun dizel yanacağı istehsalına başlayıb, 2024-cü ilin iyununda BNEZ “Avro-5” standartlarına uyğun avtomobil benzini istehsalına başlamağı planlaşdırır”, - şirkət qeyd edib.
SOCAR-ın məlumatına görə, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib.
Bildirilib ki, son 70 ildə zavod 370 milyon ton neft emal edib.
Xatırladaq ki, 2023-cü ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib və nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal edilib.
2023-cü ildə BNPP-də neft emalı dərinliyi 98 % (2022-ci ildə - 96,3 %) təşkil edib.
Zavod hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir.
BNEZ-in gücü hazırda ildə 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə görə, zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emal edilməsi üçün nəzərdə tutulub. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır.
Modernləşdirmə başa çatdıqdan sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal edəcək.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür