Xəbər verdiyimiz kimi, iyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Bakı Metropoliteninin “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşüb və yaxınlaşan qatarın altında qalaraq ölüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, faciəli şəkildə dünyasını dəyişən Ş.Abdullayev tanınmış şəxsin qardaşıdır. Belə ki, Şərafəddin Abdullayevin qardaşı Səxavəddin Abdullayev uzun illər Daxili İşlər Nazirliyinin Maliyyə-plan İdarəsinin rəisi vəzifəsində çalışıb və polis polkovnikidir.
Səxavəddin Abdullayev daha əvvəl Maliyyə Nazirliyində də vəzifədə çalışıb.
Mərhum Ş.Abdullayevin isə daha əvvəl Fövqəladə Hallar Nazirliyində çalışması və təqaüddə olması bildirilib.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür