Kimya üzrə Nobel mükafatı laureatı, UNEC-in fəxri professoru Əziz Səncər Bakıya səfəri çərçivəsində UNEC-də olub.
BUTA.TV xəbər verir ki, Nobel mükafatçısı Əziz Səncər UNEC rektoru professor Ədalət Muradovla birlikdə universitetdə yaradılmış Əziz Səncər adına Qida Təhlükəsizliyi Laboratoriyasında tədqiqatçılarla görüşüb.
Əziz Səncər öz təəssüratlarını onlarla bölüşüb: “Mən Azərbaycanda ilk dəfə 2017-ci ildə Ədalət müəllimin dəvəti ilə olumuşam. Həmin dövrdə müəllim və tələbələrlə çox faydalı və maraqlı görüşlərim baş tutdu. 2021-ci ildə isə hazırda olduğumuz laboratoriyanın açılışında iştirak etmişəm. UNEC-də belə bir laboratoriyanın yaradılması tədqiqatçılar və tələbələr üçün xüsusilə önəmlidir. Keyfiyyətli elmi araşdırmalar, tədqiqatlar üçün laboratoriyalar əvəzsizdir. Gənclər onlar üçün yaradılmış bu imkanı maksimum dərəcədə dəyərləndirsinlər”.
Tədqiqatçılar Nobel mükafatçısı, professor Əziz Səncərlə görüşdən böyük qürur hissi duyduqlarını bildiriblər və dünya şöhrətli türkiyəli alimə elm, təhsil və tədqiqatla bağlı suallarını ünvanlayıblar.
Professor sualları cavablandırdıqdan sonra müəllifi olduğu “Aziz Sancarın kalemində Hayatı və Bilimi” adlı kitabını imzalayaraq, UNEC-ə hədiyyə edib.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü