Mayın 19-da ölkə Prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olmasından sonra İran prezidenti vəzifəsini icra edən Məhəmməd Müxbir növbədənkənar prezident seçkilərində namizəd kimi iştirakdan imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası yazıb.
Qeydiyyatdan keçən 80 nəfər namizədin adları açıqlanıb və həmin siyahıda da Məhəmməd Müxbirin adı yoxdur.
“Tasnim” yazıb ki, Müxbirə namizədliyini irəli sürmək üçün ardıcıl təklif və xahişlər olsa da, o, imtina edib.
Qeyd edək ki, qeydiyyat bu gün 18:00-da bitib. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində yekun rəy verəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü