Artıq bir neçə gündür hidrometeoroloqlar tərəfindən Türkiyə ərazisində proqnozlaşdırılan anomal isti hava şəraiti bu gündən etibarən özünü kəskin şəkildə göstərməyə başlayıb. Bəzi bölgələrdə havanın temperaturu 41 dərəcəyədək yüksəlib.
BUTA.TV xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Məhmət Özhaseki ölkə daxilində bu gündən etibarən artan temperaturun mövsüm normalarından 6-10 dərəcə yüksək olacağını, bəzi bölgələrdə 40 dərəcəni keçəcəyini bildirib.
Nazir havanın temperaturunun kəskin yüksəlməsi səbəbindən baş verə biləcək meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Məlumatlarda anomal istilərin bu həftənin sonunadək davam edəcəyi bildirilir.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan isti hava dalğası Avropa Hava Proqnozları Mərkəzinin proqnozlarında da öz əksini tapıb.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - Video
- Bu ərazilərdə güclü külək əsir
- “Azercell”in rəqəmsal ekosistemin gücləndirilməsinə töhfəsi...
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...