ABŞ Ukraynaya 6 milyard dollar dəyərində hərbi yardım paketini tamamlayıb və bu gün elan edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” ABŞ dövlət qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.
“Paket Ukrayna üçün yeni silah və sursatların istehsalı üçün Amerika şirkətləri ilə müqavilələri əks etdirir. Bu baxımdan sözügedən yardım partiyaları gecikə, hətta proses bir neçə il çəkə bilər. Vaşinqton Kiyev üçün “Patriot” raketləri, PUA-lar, dronlarla mübarizə vasitələri, eləcə də Ukrayna təyyarələri üçün “hava-hava” tipli raketlər sifariş edir. Sifarişlərə ödəniləcək 6 milyard dollar Ukrayna üçün təsdiqlənmiş 61 milyard dollarlıq yardım paketindən götürüləcək. Sadalanan silah və sursat növləri ilə yanaşı, Ukrayna üçün əks-akkumulyator radarları, artilleriya, taktiki maşınlar və dəqiq idarə olunan sursatlar sifariş ediləcək”, - mənbə bildirib.
- Toy karvanlarında iştirak edən sürücülərə xəbərdarlıq - Video
- Heydərov Xankəndidə vətəndaşlarla görüşəcək
- Bakının mərkəzində bu əraziyə daha maşın buraxılmır
- Baş nazirdən yeni qərar
- Azərbaycanda balıq ovu qadağan edildi
- Bu, Qarabağın simasını dəyişir - Əhməd İsmayılov
- Göygöldə qanunsuz tikili söküldü
- Məktəblərdə 6 şagirdə 1 kompüter düşür