Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya və Ukrayna çox yaxın xalqlardı və onlar sülh, eləcə də dostluq şəraitində yaşamalıdır. Bakıdan tələb edirlər ki, Ukraynaya silah versin. Amma Azərbaycan bunu etməyib və etməyəcək də. Yalnız mülki əhaliyə humanitar yardım göstərəcək.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyır. Amma Bakı Rusiya ilə münasibətləri prioritet hesab edir. Bu, bəzilərinin Rusiya və Azərbaycanı qarşılaşdırmaq cəhdlərini dəf edir. Rusiya və Azərbaycan dostdur və daha da yaxınlaşır. Artıq bir neçə ildir ki, bu barədə danışırıq”, - o bildirib.
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək