İki gün öncə ADA Universitetindəki konfrans zamanı Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında indi müsbət meyil daha aydın görünür.
Bu sözləri BUTA.TV-a sərhəddə başlayan delimitasiya və demarkasiya prosesi fəaliyyəti haqqında açıqlamasında Ceymstaun Fondunun idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
“Cənab İlham Əliyev bu ilin sonuna qədər yekun sülh sazişinin olacağına ümid etdiyini və Paşinyanın Qazax rayonunun dörd kəndini Azərbaycana qaytaracağı barədə bəyanatını rəsmi İrəvanın xoş niyyətinin əlaməti kimi qəbul etdiyini bildirdi. Artıq kəndlərin qaytarılması və delimitasiya prosesi başlayıb. Bununla belə sərhədin delimitasiya və demarkasiyası, eyni zamanda sərhəd məsələləri ilə bağlı sazişin bağlanması bir müddət çəkəcək. Çünki sözügedən proses bəzi mürəkkəb texniki məsələlərin həllini tələb edir. Bununla yanaşı, hadisələrin gedişatına təsir edə biləcək müəyyən siyasi məsələlər də diqqətdən kənarda qalmamalıdır. Əsas vacib məqam isə ilk addımın atılması və tərəflərin sonadək Azərbaycan ilə Ermənistanı sülhə aparacaq siyasi iradəyə sahib olmasıdır”, - diplomat vurğulayıb.
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək