Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun cavab oyunu çərçivəsində "Neftçi"ni 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmaları barədə danışarkən deyib.
Mütəxəssis futbolçulara gələn təkliflər barədə danışıb: "Hazırda bir sıra futbolçuların komanda ilə müqaviləsi var. Bunlardan biri də Olavio Juninyodur. Onun klubda qalmağını çox istəyirəm. Bu barədə mövsümün sonunda danışmaq olar".
O, Musa Qurbanlının "Qarabağ"a qayıtmaq mövzusunun gündəmdə olmadığını söyləyib: "Hazırda bütün diqqətimizi komandaya yönəltmişik. Transfer dövrü gəldiyi zaman bunun haqqında danışa bilərik".
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
AFFA İcraiyyə Komitəsinin üzvü olan Q.Qurbanov Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müsbət nəticə verəcəyini söyləyib: "Düzdür, klub sayının çox olması yaxşıdır, lakin keyfiyyət də önəmlidir. İcraiyyə Komitəsində bu məsələnin müzakirə olunması barədə məlumat yoxdur. Ancaq dediyim kimi, komanda sayı artsa, bölgə futboluna da müsbət təsir göstərə bilər".
Türkiyənin "Beşiktaş" komandası ilə adı hallanan çalışdırıcı bu söhbətin normal hal olduğunu deyib: "Mən "Qarabağ"a bağlı biriyəm. Bu cür fikirlərdən uzaq olmaq istəyirəm. Rəsmi xəbərlər daha doğru olar".
Əlli üç yaşlı məşqçi finalda vaxtı ilə futbolçusu olduğu Rəşad Sadıqovla üz-üzə gəlməklərinin maraqlı olacağını söyləyib: "Bunu iki dostun qarşıdurması olaraq adlandırardım. Rəşad çox yaxşı və istedadlı məşqçidir".
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
- Bayırşəhərdə 106 abidə qorunacaq - Fariz Hüseynli