Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyinin Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyi tərəfindən Uruqvayın “El País” qəzetində Ermənistan səfirliyinin ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlarına cavab verilib.
Bu barədə BUTA.TV-a səfirlikdən məlumat verilib. Bildirilib ki, aprelin 24-də Uruqvayın ən nüfuzlu mətbu orqanlarından biri olan “El Pais” qəzetində Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkilinin “Ermənistan səfirliyi erməni soyqırımının 109-cu ildönümünü qeyd edir” adlı məqaləsində ölkəmiz əleyhinə səsləndirilmiş əsassız ittihamlara cavab verilib.
Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı, BMT-nin müvafiq qətnamələrini yerinə yetirmədiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, Ermənistanın “soyqırımı məsələsin”dən danışarkən Xocalıda törədilmiş faciəni xatırlamasının faydalı olacağı vurğulanıb, faciə və nəticələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, sözügedən faciənin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanındığı bildirilib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Həmçinin Ermənistan müvəqqəti işlər vəkilinin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru “Luis Moreno Okampo Azərbaycan tərəfindən törədilən hərəkətləri soyqırımı olaraq adlandırmışdır” iddiasına cavab olaraq beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert Rodni Dikson tərəfindən məsələ ilə əlaqədar növbəti qiymətləndirmənin səsləndirildiyi bildirilib: “Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur. M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımı”nın əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə “soyqırımı”nın tərifini vermək faydalı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil”.
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
- Bayırşəhərdə 106 abidə qorunacaq - Fariz Hüseynli