Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin plastdarmına çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko “Nyus.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına qarşı çıxmaq istəyirlər:
“Ermənistanın Qərbin təsir plastdarmına çevrilməsinin qarşısını almaq üçün regionun bütün dövlətləri - Rusiya, Azərbaycan, Türkiyə, İran birləşməlidir. Bu gün ABŞ, AB, Fransa İrəvanı elə “Troya atı”na çevirmək istəyirlər ki, bundan istifadə edərək yeni qeyri-sabitlik yarada, yeni silahlı münaqişələr törədə və nəticədə regionu xaosa sürükləyə bilsinlər. Fakt budur ki, Şimal-Cənub dəhlizi regiondan keçir və bu, Qərbin sanksiyalarından yan keçmək və Rusiya iqtisadiyyatının dayanıqlı fəaliyyəti üçün zəruri logistikanı təmin etmək baxımından Rusiya üçün kritik əhəmiyyət kəsb edir”.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Ekspert qeyd edib ki, Qərb digər məsələlərlə yanaşı, Cənubda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir:
“Region ölkələrinin liderləri ən azı Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində məsləhətləşmələrə getməlidirlər. Çin bu təklifə xüsusi diqqət yetirməlidir. Cənubi Qafqazda sabitliyin pozulması Mərkəzi Asiyada sabitliyin pozulması deməkdir və bu birbaşa Çinin özünün maraqlarına toxunur. Başqa sözlə, bu format bizə Qərbin Cənubi Qafqaz regionunu və daha geniş kontekstdə onun ətrafındakı məkanı qarşıdurma və sabitliyi pozma meydanına çevirməsinin qarşısını almaq üçün yol xəritəsini birgə hazırlamağa kömək edəcək”.
- Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı - Video
- Bakıda müalicə müəssisəsindən xəstələr qaçıb?
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı