Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Departamentinin (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomas ilə görüşüb.
BUTA.TV bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla davam etdirildiyi bildirilib. Böyük Britaniya şirkətlərinin Azərbaycandakı uzunmüddətli və səmərəli fəaliyyəti qeyd edilib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyindəki mühüm rolundan bəhs olunub.
Söhbət zamanı SOCAR-ın Azərbaycanda və müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə məlumat verilib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Görüş çərçivəsində bərpaolunan enerji, ədalətli enerji keçidi, dekarbonizasiya, “Xalis sıfır”, rəqəmsallaşma və insan kapitalının inkişafı istiqamətlərində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi