“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu süni yaradılır:
“Mən öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq haradadır ki, mənim yaratdığımı sonra dövlət deyir ki, sən onu mənim mülkiyyətimə verməlisən. Bu baxımdan bu müddəa da buradan çıxarılmalıdır”.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır: “Bu, dünyanın hər yerində belədir”.
Qüdrət Həsənquliyev isə yenidən bu cavaba etiraz edib:
“Beynəlxalq təcrübəyə əsaslanırsınızsa, onda beynəlxalq təcrübəni düzgün izləyin: Hörmətli Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi. Bir çox ölkələrdə adalar satışa çıxarılır - nəinki süni adalar, təbii adalar. İtaliyada Neapol şəhərində mənə göstərdilər ki, adanı bir nəfər alıb və orada mənzil tikib. Beynəlxalq təcrübəyə istinad edirsinizsə, onu diqqətlə öyrənmək lazımdır. Bu qanunun əleyhinə səs verəcəm”.
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi