Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında qeyd edilib.
"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb, - məlumatda vurğulanıb.
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi