Lerik rayonunda sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub.
Lerik Rayon Fövqəladə Hallar komissiyasından BUTA.TV-a verilən məlumata görə, Lerik və Yardımlı rayonları arasında yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb. Gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində axşam saatlarında hər iki rayon istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib.
Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndinin sakinləri istifadə edirlər.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt