Türkiyə İsrailə embarqo tətbiq edən ilk ölkə oldu. 54 adda məhsulun ixracına məhdudiyyət tətbiq etdik. Bu məhdudiyyətlərə zəruri ehtiyaclar daxil edilmədi. Qida, dərman vasitələri ilə bağlı lazımi dəyərləndirmələr aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Ömər Bolat ötən gün İsrailə ixrac məhdudiyyəti ilə bağlı qəbul edilən qərarları şərh edərkən deyib.
“Təəssüf ki, bu günə qədər beynəlxalq embarqo qərarı qəbul edilməyib. Türkiyə isə bu yöndə qərarla bir növ işarət fişəngi yandırdı. İsrailin Türkiyənin yardım fəaliyyətinə qarşılıq verməməsi səbir kasamızı doldurdu. Sonuncu dəfə İordaniya üzərində hava yolu ilə yardıma mane yaradıldı”, - deyə nazir bildirib.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt