Vətəndaşların kartından 93 min oğurladı

13:50 - 9 Aprel 2024 - KRİMİNAL

 Vətəndaşların kartından 93 min oğurladı

Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.

DİN-dən BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib.

Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Daha 7 şəhidimiz dəfn olunacaq - Foto

E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol