Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.
O bildirib ki, saxlanılan şəxs azərbaycanlı deyil:
“Aprelin 8-i gecə saatlarında polis paytaxtda bir şəxsi narkotik maddə daşımaqda şübhəli bilərək saxlayıb. Daha sonra həmin şəxs polis idarəsinə aparılıb. Onun Rusiya vətəndaşı olduğu üzə çıxıb. Həmin şəxsin Ermənistana turizm məqsədi ilə gəldiyi məlub olub. Üzərində heç bir narkotik maddə aşkar edilməyib”.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt