Müğənni Nadir Qafarzadə Türkiyədəki evini satmasının səbəbini açıqlayıb.
BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində danışıb:
"Türkiyədəki evimi satmışam. O vaxt həvəslə almışdıq, amma gedən olmadı. Kirayə üçün şirkətlərin birinə verdik, onlar da ərəblərə icarəyə vermişdilər. Evimi təhvil almağa getmişdim, içəri girəndə dizimi yerə qoyub, bir saat ağladım. Evi pis günə qoymuşdular. Bilmədim nə edim, ustalar çağırdım və yenidən düzəltdirdim. Orada da hər şey bahadır.
Divardakı şəkilləri çıxartmışdılar, mətbəxi, hamamı pis günə qoymuşdular. Başqa ölkə olduğu üçün dərdimi də deyə bilmirdim. Ona görə də acığa düşdüm, dəyər-dəyməzinə satdım. Dedim ki, pulunuz mənə lazım deyil, kim birinci gəlsə, ona verəcəyəm. Ona görə də 31-ci mərtəbədəki 165 kvadratlıq evimi satdım".
Qeyd edək ki, sənətçi 2013-cü ildə saytımıza açıqlamasında Türkiyədəki evi üçün 300 min manat xərc çəkdiyini açıqlamışdı.
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
- Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni biabırçı bəyanat
- Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi