Aparıcı Tarix Əliyev son vaxtlar Təhminə obrazına çəkilmək istədiyini deyən aktrisalardan danışıb. Buta.tv olay-a istinadla xəbər verir ki, o, ad çəkmədən Xalq artisti Naibə Allahverdiyevanın ünvanına sərt sözlər söyləyib.
Əliyev "Tarixin bir günü" verilişində deyib: "Son zamanlar bütün aktrisalar öpüşmək sevdasına çıxıb. Bir Xalq artistimiz var, deyir: "Mən o vaxt Təhminə obrazıyla "Tələsmə, Zaur" demək istəyirdim". Dəb halı aldı. Bu gün kim çıxır ortalığa, deyir, mən o obrazı istəyirəm.
Mehriban Xanlarova yazıq o vaxt bir dəfə dedi ki, mən oynamalıydım. İndi aktrisamız var, Xalq artistidir, "Xəbərin var?"da danışıb. Deyir: "Mən indi də oyanayaram". Yəni bu yaşda da yataq rolunu oynamaq istəyirlər.
Bu gün nəyi göstəririk? Yəni nənə obrazında qadınlar belə obraza çəkilsin? Başa düşmürəm. 60 yaşında olan qadın deyir, indi də oynayaram. Yəni indi də "Zaur"um olsa, öpüşərəm onunla, yatağa girərəm.
Bu gün nənəni hansı obrazda görmək istəyirik? Nəsibə Zeynalova kimi, yoxsa nənə desin: "Zaur, tələsmə"? Mənim elə nənəm olsa, aparıb qocalar evinə qoyaram".
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
- Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni biabırçı bəyanat
- Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi