Kosovada əhalinin növbəti siyahıyaalınması prosesinə start verilib.
BUTA.TV xəbər verir ki, Kosova Statistika Agentliyinin məlumatına görə, əhalinin, ev təsərrüfatlarının və mənzillərin siyahıyaalınması aprelin 5-dən mayın 17-dək davam edəcək. Prosesə təxminən dörd min əməkdaş cəlb olunub.
Kosova hökuməti və beynəlxalq təşkilatlar tərəfindən siyahıyaalma prosesinə ümumilikdə 12 milyon avro vəsait ayrılıb. Siyahıyaalmaya ilk dəfə olaraq Kosovanın şimalında əsasən serblərin yaşadığı bələdiyyələr də daxil edilib. Prosesdə iştirak etmək istəməyənlərə cərimələr tətbiq olunacaq.
İlkin qeyri-rəsmi nəticələr üç ay sonra açıqlanacaq. Əhalinin sayı ilə bağlı düzgün proqnoz verən vətəndaş proses çərçivəsində keçiriləcək tirajda 10 min avro mükafat qazanacaq.
Xatırladaq ki, Kosovada sonuncu siyahıyaalma 2011-ci ildə keçirilib. 2021-ci ildə keçirilməsi planlaşdırılan siyahıyaalma isə COVİD-19 epidemiyası səbəbindən təxirə salınıb.
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi