Brüssel bütün ölçülərdə əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün Ermənistanla səyləri birləşdirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Brüsseldə AB-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Biz səylərimizi birləşdirmək istəyirik, məhz bu barədə xarici işlər naziri Ararat Mirzoyanla AB-Ermənistan tərəfdaşlığının səviyyəsini tərəfdaşlığımız çərçivəsində mümkün olan ən yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu tərəfdaşlıq proqramını dəstəkləməyə dair Ermənistan üçün əhəmiyyətli bir tədbirlər paketi elan edib”, - o vurğulayıb.
J.Borrell həmçinin qeyd edib ki, AB Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır:
“Ermənistan dayanıqlılığını yüksəldəcək islahatlar üzərində işləməyə davam etməlidir. Bu səylər hərtərəfli və genişləndirilmiş tərəfdaşlıqla bağlı sazişin bir hissəsi olacaq”.
O bildirib ki, Ermənistanın daha güclü və daha sabit olması Cənubi Qafqaz üçün də əhəmiyyətlidir.
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi