"Əmək pensiyaları haqqında" qanun layihəsində 8.1-ci maddəyə əsasən, 5 və daha çox övladı olan analar bu güzəştdən istifadə edəcək, yəni 5 il daha tez pensiyaya çıxa bilər.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, “Sosial müavinətlər haqqında” qanunun 4.0.1.13-cü maddədə isə bu güzəştlər 5-dən çox övladı olan analara şamil olunur: “Bu ona gətirib çıxarır ki, 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə etsələr də, sosial müavinət ala bilmirlər. Təklif edirəm ki, "Əmək pensiyaları haqqında" qanun layihəsinin 8.1-ci maddəsinə uyğun olaraq, "Sosial müavinətlər haqqında" qanunda da "5 və 5-dən çox övladı olan analar" sözü əksini tapsın”.
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...