Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevə Səhiyyə Nazirliyində vəzifə verilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyənin strategiyası sektorunun müdir müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. İşdən çıxarıldıqdan sonra isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...