Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan Ermənistanda bəzi qohumları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət olunub.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “24News” saytı məlumat yayıb.
Nəşr hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən bildirir ki, Balasanyan və yaxınlarından Qarabağdan Ermənistana gəlmək üçün Həkəri körpüsündən necə keçdiyi soruşulub. Həmçinin hüquq-mühafizə orqanları onların Ermənistanda siyasi proseslərə qarışıb-qarışmayacağı ilə maraqlanıblar.
İddiaya görə, Balasanyan dindirildikdən sonra baş nazir Nikol Paşinyanla əlaqə saxlayıb və bildirib ki, İrəvanda müxalifətin planlaşdırdığı hakimiyyət dəyişikliyi prosesində iştirak etmək, siyasi proseslərə qarışmaq niyyətində deyil. Balasanyan Paşinyandan onu rahat buraxmağı xahiş edib.
Bundan sonra o və qohumlarının idarəyə dəvət olunmadığı bildirilir.
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi