Ali Məhkəmədə Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı qərar qəbul olunub
BUTA.TV xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında apellyasiya məhkəməsinin qərarından verilən kassasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
M.Mahmudov Daxili İşlər Nazirliyinin verdiyi beynəlxalq axtarış nəticəsində 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, həmin il sentyabr ayının 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
M.Mahmudov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş var. Onlardan ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?