Avropa Birliyinin (AB) Ermənistandakı missiyası NATO missiyasına çevrilir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, NATO ölkələri öz tələbatlarını nümayiş etdirmək üçün antirusiya əhval-ruhiyyəsini qızışdırırlar, Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırırlar, aşkar iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə (HSK) böyük vəsait yatırırlar.
“Lakin onlar özləri vəsait ayırmırlar, Ermənistanı hərbi-sənaye kompleksinə vəsait yatırmağa çağırırlar”, - diplomat bildirib.
M.Zaxarova Ermənistanda “Mir” kartlarının işinin dayandırılması ilə bağlı suala cavabında bildirib ki, bunun bədəli İrəvan üçün mümkün Qərb məhdudiyyətlərindən daha artıq olacaq.
Rusiya XİN rəsmisinin sözlərinə görə, “Mir” kartlarının istifadəsinə qoyulan qadağa Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracaq.
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı