ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib.
BUTA.TV xəbər verir ki, Entoni Blinken aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.
Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video