Bakının Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?