“Qarabağ”ın futbolçusu Kevin Medina xoşagəlməz hadisə ilə üzləşib.
BUTA.TV xəbər verir ki, bunu kolumbiyalı müdafiəçi öz İnstaqram səhifəsində paylaşıb. Hadisə Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra yaşanıb. Azarkeşlər futbolçunun avtomobilinə hücum ediblər və ona ziyan vurublar.
Medina onlara müraciət edərək belə hərəkətlərə yol verməməyə çağırıb:
“Bu mənim maşınımın oyundan sonra hal-hazırkı vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Mənim ailəm maşında ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın".
Qeyd edək ki, “Qarabağ” səfər matçında 4:0 hesablı qələbə qazanıb.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?