Bu gün bir sıra rayonda qaz təchizatının verilişində fasilə yaranacaq.
"Azəriqaz"dan BUTA.TV-a verilən məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində Təmiz Qaz QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 03.04.2024-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?