AFFA-nın İşçi Qrupu milli komandanın baş məşqçi postuna namizədlərin siyahısını tamamlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında məlumat verib.
"Ancaq yığmanın baş məşqçisi məsələsi müzakirə olunacaq. Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssis axtaracağıq. Bu, yerli və ya əcnəbi ola bilər. Yeni baş məşqçi məsələsində bacarıq, baxış, dəyərlər üzərində dayanacağıq. Daha çox həmin şəxsin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanmalıyıq", - deyə AFFA prezidenti vurğulayıb.
R.Nəcəf yeni baş məşqçinin tezliklə təyin olunacağını vurğulayıb:
"Bəzi məşqçilərlə danışıq aparılıb, yalnız hüquqi məsələlər qalıb. Məşqçilərlə əldə edilmiş razılığa əsasən, onların adları məxfi saxlanılır. Yeni baş məşqçi artıq təyin olunmalı idi. Bu baxımdan qısa müddətdə məsələyə aydınlıq gətirməyə çalışacağıq. Çünki bir müddət sonra milli komandamızın oyunları olacaq. Rəqiblər də zəif deyillər".
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı