Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə 4 kənd mövzusuna toxunub.
Buta.tv Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının təşəbbüs qrupu ilə görüşündə Paşinyan Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycan dilində olan adlarını sadalayıb - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı.
Onun sözlərinə görə, Ermənistan Respublikasında heç vaxt belə adlar altında kəndlər olmayıb.
Paşinyan qeyd edib ki, Ermənistan hökumətinin adı çəkilən kəndlərə heç vaxt iddiası olmayıb.
“Mən bunu açıq şəkildə qeyd etməyimizi istəyirəm və bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir əraziyə, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərin ərazilərinə iddiası yoxdur” - Paşinyan bildirib.
Erməni baş nazir deyib ki, rəsmi İrəvan həqiqətən də Azərbaycanla sərhədi dəqiqləşdirmək istəyir, delimitasiya və demarkasiyaya hazırdı.
Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var: Qazaxın eksklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kəndləri, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi.
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto