ABŞ-ın "Maykrosoft" və “OpenAİ” şirkətləri süni intellektə malik superkompüter üçün platformaya çevriləcək unikal data mərkəzinin yaradılması imkanını müzakirə edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “İnformation” məlumat yayıb.
Məlumata görə, kod adı “Stargate” olan layihənin büdcəsi 100 milyard dollar dəyərində qiymətləndirir. Maliyyələşdirmə "Maykrosoft" tərəfindən təmin ediləcək və “OpenAİ” isə süni intellekt yaratmaq və dəstəkləməyi üzərinə götürüb.
“Stargate”in 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Nəşr bildirib ki, “Stargate” "Maykrosoft"un “OpenAİ” ilə birlikdə yaratmağı planlaşdırdığı bir neçə irimiqyaslı data mərkəzlərindən biri olacaq.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq