Yeni bir araşdırma nəticəsində məlum olub ki, Çində istifadə edilən bir dərman orqanizmin xərçənglə mübarizə qabiliyyətini artırır.
BUTA.TV xəbər verir ki, araşdırma “Frontiers in Pharmacology” elmi jurnalında dərc olunub.
Araşdırma əvvəlcə siçanlar üzərində aparılıb. Ansofaksin hidroxlorid adlı antidepressantın şiş müalicəsində istifadə olunan dərmanlarla birlikdə qəbulu siçanlarda kolon xərçənginə səbəb olan hüceyrələrin böyüməsinə maneə törətdiyi müəyyənləşib. Tədqiqatçılar dərmanın xərçəngə qarşı immun reaksiyasını oyadan hüceyrələrin inkişafını stimullaşdırdığını müşahidə ediblər. Məlum olub ki, bu dərman şiş hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir. Müəyyən şiş dərmanları ilə birlikdə istifadə edildikdə, antidepressant siçanların dalaqlarında və digər orqanlarında xərçəngin böyüməsinə maneə törətdiyi göstərilib. Beləliklə aydınlaşıb ki, həmin dərman şişlərin 20 faizini məhv edə və uzunmüddətli toxunulmazlıq yarada bilir.
Mütəxəssislər sözügedən dərmanın hələ insanlar üzərində sınaqdan keçirilmədiyini bildiriblər. Çində “Ruoxinlin” adı ilə satılan “ansofaxine” 2022-ci ilin noyabrında depressiyanın müalicəsində istifadəyə icazə verilib.
ABŞ Qida və Dərman Administrasiyasında antidepressantın təsdiq prosesi ilə bağlı araşdırmalar davam edir.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq