Nobel mükafatı laureatı, professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə UNEC rektoru Ədalət Muradov məlumat paylaşıb.
O bildirib ki, Məhəmməd Yunus UNEC rektoruna özü müraciət edib:
"Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhfə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel mükafatı laureatı, professor Məhəmməd Yunusu bu gün UNEC rektorunun müşaviri təyin etdim. UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm".
Qeyd edək ki, 1940-cı il təvəllüdlü Məhəmməd Yunus “Grameen Bankı”nı təsis etdiyinə və mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülüb.
Banqladeşli professor ilk dəfə 2016-cı ildə ölkəmizdə olub.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi