Ukraynada 500 min hərbçinin səfərbərliyə cəlb edilməsinə ehtiyac xeyli dərəcədə azalıb.
BUTA.TV xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Ukrinform”a müsahibəsində bildirib.
Cəbhədəki vəziyyətin mürəkkəb olduğunu deyən Sırski vurğulayıb ki, Rusiya Xarkova hücum etmək fikrinə düşsə, bura onlar üçün “ölümcül şəhər" olacaq.
“Biz yalnız müdafiə olunmuruq, hər gün fərqli istiqamətlərdə irəliləyirik. Bizim geri qaytardığımız mövqelərin sayı itirilmiş mövqelərin sayını üstələyir. Düşmən strateji istiqamətlərdə əhəmiyyətli dərəcədə irəliləyə bilmədi, onun ərazi nailiyyətləri olsa-olsa taktiki əhəmiyyət daşıyır. Bu vəziyyətə nəzarət edirik”, - deyə Baş komandan əlavə edib.
Onun sözlərinə görə, müəyyən ərazilərdəki mövcud vəziyyət gərgin olaraq qalır, işğalçılar səyləri artırır və xeyli itki verməsinə baxmayaraq, kütləvi hücum taktikasını davam etdirir.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi